Mixael Şumaxer Formula 1 tarixinin ən nüfuzlu şəxsi seçilib

Yeddiqat dünya çempionu Mixael Şumaxer Formula 1 tarixinin ən nüfuzlu şəxsi seçilib.

Millitribuna.Az AZƏRTAC-a istinadən bildirir ki, 10 gün ərzində Formula 1-in rəsmi saytında keçirilən səsvermənin final mərhələsində almaniyalı pilot azarkeşlərin səsinin 61 faizini toplayaraq birinci olub. Formula 1-in 70 illik yubileyinə həsr olunmuş səsvermədə yarışın sabiq rəhbəri Berni Ekklstoun ikinci olub.

Səsvermənin nəticəsini avtoidman dünyasının nüfuzlu şəxsləri yüksək qiymətləndirilib. Belə ki, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Todt və məşhur britaniyalı ekspert Mark Hyuz seçimin ədalətli olduğunu vurğulayıblar.

Qeyd edək ki, 51 yaşlı pilot Formula 1-də “Jordan”, “Benetton”, “Ferrari” və “Mercedes” komandalarında çıxış edib. O, 2013-cü ildə Alp dağlarında xizək sürərkən qəzaya uğrayıb. Keçmiş pilot başından aldığı ağır zərbədən komaya düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir