Mayk Rayan: Koronavirus heç vaxt yox ola bilməz

 

“Pandemiya dövrünün nə qədər davam edəcəyini kiminsə təxmin edə biləcəyini düşünmürəm. Koronavirus HİV kimi endemik hala gələ bilər”.

APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə hallar üzrə mütəxəssisi Mayk Rayan onlayn brifinqdə bildirib.

O, epidemiyanın qarşısının alınması üçün “kütləvi səy” tələb olunduğunu deyib: “Bunu müzakirə masasına çıxarmaq çox vacibdir: bu virus cəmiyyətdə başqa bir endemik virusa çevrilə bilər və bu virus heç vaxt yox ola bilməz”.

Rayan bu xəstəliyin yox olacağı tarix barədə kiminsə təxmin edə biləcəyini düşünmədiyini vurğulayıb: “Düşünürəm ki, virusun sona çatacağı ilə bağlı tarix yoxdur. Bu xəstəlik uzun bir problemə çevrilə bilər”.

UST mütəxəssisi yoluxmanın milli, regional və qlobal səviyyədə yüksək olduğunu söyləyərək riskin azaldılması üçün virusa qarşı çox əhəmiyyətli nəzarətin tələb olunduğunu qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir