iPhone 12 Pro barəsində yeni məlumatlar verilib

iPhone 12 smartfon seriyasının təqdim olunmasına hələ çox zaman olmasına baxmayaraq həmin seriyaya daxil olacaq smartfonlar barəsində məlumatlar ortaya çıxmağa davam edir.

Millitribuna.az xəbər verir ki, bu dəfə iPhone 12 barəsində yeni məlumatları EverythingApplePro adlı məşhur Youtube kanalı verib. Qeyd etmək lazımdır ki, bu il 4 ədəd yeni iPhone modelinin təqdim olunacağı gözlənilir. Onlardan ikisi iPhone 12 Pro modelləri olacaqlar. Beləliklə son məlumata əsasən sözügedən iki ədəd iPhone 12 Pro modeli 120 Hz-lik təsvir yenilənməli ekran ilə təchiz olunacaqlar.

EverythingApplePro adlı Youtube kanalının müəllifləri isə qeyd ediblər ki, iPhone 12 Pro modellərində vəziyyətə uyğun olaraq 60 Hz-lik təsvir yenilənməsi ilə 120 Hz-lik təsvir yenilənməsi arasında keçid etmək mümkün olacaq. Başqa sözlə desək, bu, iPad Pro modellərində istifadə olunan ProMotion texnologiyasıdır. Smartfonların əldə edəcəkləri daha bir yenilik isə kameralar ilə bağlıdır. Belə ki, məlumata əsasən yeni iPhone 12 Pro modellərinin kameraları 3 qat optik zoom özəlliyini əldə edəcəklər.

Qeyd etmək lazımdır ki, Apple şirkətinin iPhone modelləri son bir neçə ildir ki, 2 qat optik zoom özəlliyini istifadə edirlər. Bundan əlavə olaraq şirkət yeni iPhone modellərində yaxşı işıqlandırılmamış mühitdə çəkilən fotoların keyfiyyətlərinin yüksəldilməsi, avtofokusun işinin optimizasiya olunması və stabilizasiya sisteminin yaxşılaşdırılması ilə məşğul olacaq. Bununla yanaşı daha geniş bucaq görüntüsünə sahib olacaq yaxşılaşdırılmış Face ID texnologiyasının olacağı da gözlənilir.(milli.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir