İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Millitribuna.az xəbər verir ki, sərəncama əsasən, Tural Qüdrət oğlu Piriyev Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru təyin edilib.

Qeyd edək ki, indiyə kimi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti olaraq direktor müavini Vüqar Abdullayev yerinə yetirirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir