Co Bayden seçki yarışında Trampı qabaqlayıb

ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden seçki yarışında hazırkı prezident Donald Trampı qabaqlayıb.

Millitribuna.Az Trend-ə istinadən bildirir ki, bu barədə CNN telekanalı SSPTS şirkətinə istinadən bildirib.

Tədqiqata əsasən, C.Bayden qeydə alınmış seçicilərin 51 faizi tərəfindən dəstəklənir, 46 faizi D.Trampa üstünlük verir. Eyni zamanda, “döyüş meydanında” üstünlük D.Trampda qalır: onu 52 faiz dəstəkləyir.

Sorğuda 1112 respondentin iştirak etdiyi qeyd olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir