Azərbaycanın mobil rabitə operatorları gəlirlərini artırıb

Bu ilin yanvar-aprel ayında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 296,8 mln. manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 43%-ni təşkil edib.

Komitədən həmçinin bildirilib ki, bu ilin ilk dörd ayında informasiya və rabitə müəssisələri tərəfindən 690,2 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 71,8%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 8,4% artıb. Bu sahədə əldə olunan gəlirin 79,6%-i qeyri-dövlət sektorunun payına düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir