Şüyüdlə yüksək təzyiqin müalicəsi mümkündür

 

Şüyüd və toxumları qədimdən bir çox xəstəliklərin müalicəsində istifadə olunub.

O, təzyiqi normallaşdırır, hemorroy, ishal, qastrit və yuxusuzluğa qarşıdır. Antioksidantdır, ödqovucudur.

Millitribuna.az medicina.az-a istinadən xəbər verir ki, bir müddətdir təzyiq xəstələrinin şüyüdə marağı artıb və bir çoxları onun güclü təzyiq salıcı təsirinə inanaraq, dərmanlardan imtina edib,

Lakinelmi araşdırmalar sübut edib ki, şüyüd təzyiq dərmanları ilə yanaşı xəstələrə əlavə dəstək kimi effektlidir.

Şüyüdün tərkibindəki maddələr infarkt, insult, stenokardiya və damar problemlərini azaldır.

Necə istifadə etməli: Şüyüd toxumlarından çay və dəmləmə, cövhər hazırlamaq olar. 1 qaşıq toxumu qaynar suda termosda 45 dəqiqə dəmləyib. Gündə 3 dəfə yemək əsnasında içmək lazımdır. Şüyüdü göyərti kimi qatığa qatıb yemək, xörəklərdə istifadə etmək olar.

Davamlı istifadə etdikdə, hipertoniya dərmanlarının sayını xeyli azalda bilər. Şüyüd dəmləməsi içdikdən sonra təzyiqinizi ölçün.

Dərman qəbulundan sonrakı 2 saatda şüyüd istifadə etməyin. Təzyiqinizi çox salırsa, ya dərmanı azaldın, ya da şüyüdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir