“Kamil Zeynallıya inzibati həbsin verilməsi qərəzlikdən başqa bir şey deyil”

“Kamil Zeynallının karantin qaydalarını pozduğuna görə 10 gün müddətinə həbs olunduğu deyilir. İnsanlara yardım göstərəsən və sonra həbs olunasan. Həqiqətən böyük biabırçılıqdır”.

Axşam.az xəbər verir ki, bunu vəkil Adəm Məmmədov “Facebook” hesabında yazıb.

O qeyd edib ki, karantin rejimlərinin pozulması əleyhinə dair inzibati xətalar haqqında məsuliyyətin alternativ cəza növü kimi fiziki şəxslər üçün 100 manatdan 200 manatadək cərimə nəzərdə tutulub:

“Buna baxmayaraq, həmin maddədə daha sərt cəza olan inzibati həbsin Kamil Zeynallıya verilməsi qərəzlikdən başqa bir şey deyil. Allah qapısını açsın!”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir