FIFA ilin ən yaxşılarını mükafatlandırmayacaq

Bu il FIFA-nın “The Best” mükafatlandırma mərasimi baş tutmayacaq.

Fanat.Az “Marca”ya istinadən xəbər verir ki, qurum koronavirus pandemiyası səbəbindən qalibləri müəyyənləşdirməmək qərarına gəlib. Mərasim sentyabr ayına nəzərdə tutulmuşdu.

Qeyd edək ki, “The Best” mərasimində qadınlar və kişilər üzrə olmaqla, mövsümün ən yaxşı futbolçularının, qapıçıların, məşqçilərin adları açıqlanır, o cümlədən ilin azarkeşinə, ən yaxşı qolun müəllifinə və ədalətli oyun meyarlarını təşviq edənlərə xüsusi mükafatlar təqdim olunurdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir