ABŞ Çinə sanksiya tətbiq etməyə hazırlaşır

“ABŞ Senatına koronavirus infeksiyası səbəbindən Çinə qarşı sanksiyaların tətbiq olunmasını nəzərdə tutan “COVID-19-a görə məsuliyyət haqqında” qanun layihəsi təqdim edilib”.

Millitribuna.az-ın məlumatına görə, bunu senator Lindsi Qrem bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidentinə koronavirus pandemiyasına səbəb olan hadisələr barədə dəqiq məlumatlar çatdırılmazsa, D.Trampa Çinə qarşı sanksiya tətbiq etmək səlahiyyətinin verilməsi nəzərdə tutulur.

“Çin dünya ictimaiyyətinə Uhandakı laboratoriyaya araşdırma aparılması üçün daxil olmağa icazə verməyəcək. Əminəm ki, Çin buna məcbur edilməsə, heç vaxt əməkdaşlıq etməyəcək”, – deyə senator bildirib.

O qeyd edib ki, virusun necə peyda olması mütləq öyrənilməlidir, çünki bu, gələcəkdə oxşar halların və pandemiyaların qarşısını almağa imkan verəcək.(oxu.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir