D vitamini koronavirusdan ölüm nisbətini azaldır

ABŞ-da aparılan yeni araşdırma D vitamini çatışmazlığı ilə yeni tip koronavirusdan ölüm göstəricilərinin yüksəkliyi arasında əlaqə ola biləcəyini göstərib.

Millitribuna.az xəbnər verir ki, Şimal-Qərb Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada COVID-19-la bağlı ölüm göstəricilərinin yüksək olduğu İtaliya, İspaniya və İngiltərə kimi ölkələrdə xəstələrin D vitamini səviyyəsinin digər ölkələrdəki pasiyentlərlə müqayisədə daha aşağı olduğu müəyyən edilib.

“Təhlilimiz COVID-19-a yoluxmanın qarşısını almasa da, D vitamini çatışmazlığı olmayan xəstələrin ölüm nisbətinin 50 faiz daha az olacağını göstərir”, – hesabatda deyilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir