Azərbaycan Premyer Liqasının postsovet məkanındakı yeri məlum

Ən dəyərli ölkə çempionatlarının sıralaması açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 8 klubun mübarizə apardığı Azərbaycan Premyer Liqası postsovet məkanı ölkələri arasında ilk “5-liy”ə düşə bilməyib.

Çempionatımızda çıxış edən futbolçuların ümumi dəyəri 59,4 milyon avroya bərabərdir ki, bununla Azərbaycan keçmiş SSRİ ölkələri arasında 6-cı pəllədə yer alıb. Siyahıya 923,1 milyon avro ilə Rusiya başçılıq edir. İkinci sırada qərarlaşan Ukrayna Premyer Liqasının dəyəri Rusiya çempionatından 3 dəfədən də çox geri qalır. İlk “3-lüy”ü Qazaxıstan çempionatı qapayır.

15 ölkə arasında ən az klubu olan ölkə Litvadır – 6. Azərbaycan və Türkmənistanda isə 8 komanda iştirak edir. Türkmənistan liqasının dəyəri aşağı olduğundan, son pilləyə yerləşib.

Postsovet ölkələrində çempionatların dəyəri:
1. Rusiya – 923,1 milyon avro (16 klub)
2. Ukrayna – 289,5 milyon avro (12 klub)
3. Qazaxıstan – 124,6 milyon avro (12 klub)
4. Belarus – 77,9 milyon avro (16 klub)
5. Özbəkistan – 73,75 milyon avro (14 klub)
6. Azərbaycan – 59,4 milyon avro (8 klub)
7. Gürcüstan – 40,15 milyon avro (10 klub)
8. Ermənistan – 37,68 milyon avro (10 klub)
9. Latviya – 28,95 milyon avro (10 klub)
10. Moldova – 27,1 milyon avro (9 klub)
11. Estoniya – 23,43 milyon avro (10 klub)
12. Litva – 18,48 milyon avro (6 klub)
13. Qırğızıstan – 4,69 milyon avro (9 klub)
14. Tacikistan – 4,5 milyon avro (10 klub)
15. Türkmənistan -? (8 klub).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir