Afaq Gəncəli: “Özümü Aygün Kazımovaya yox, ona oxşadıram”

“Hələ indiyə qədər heç kimin avtomobilini sürməmişəm”.

Oxu.Az xəbər verir ki, bu sözləri məşhur teleaparıcı Afaq Gəncəli Tarix Əliyevin (Tolik) “YouTube”da yayımlanan “Səmimi” layihəsində deyib.

“ATV Maqazin 10larla” proqramının aparıcısı idarə etdiyi avtomobili kreditlə aldığını etiraf edib:

“Kimsə qarşıma avtomobilin açarlarını qoysa, mən onu götürmərəm. Zəhmətimlə aldığım avtomobilimi sürürəm. İllər əvvəl kreditlə aldığım maşın da olub. Heç zaman utanmamışam ki, kreditə aldığım avtomobili idarə edirəm. Hazırda sürdüyüm avtomobilimin kreditini ödəmişəm”.

A.Gəncəli sosial şəbəkədə müzakirə predmetinə çevrilən “Afaq efirdə Xalq artisti Aygün Kazımovanı yamsılayır” mövzusuna münasibət bildirib:

“Heç bir müğənninin fanatı deyiləm. Aygünü çox istəyirəm, amma fanatı deyiləm. Sadəcə, o xanımın insanlığını, xasiyyətini və mədəniyyətini sevirəm. Diqqətlə baxsanız, mənim Aygünlə üz cizgilərim fərqlidir. Oxşarlıq yoxdur. Mən özümü Aygün Kazımovaya bənzətməyə çalışmıram.

Deyirlər ki, siz özünüzü Nərgiz Cəlilovaya oxşadırsınız. O qadına çox böyük hörmətim var. Efirdə özünü aparması, səs tembri, qabiliyyəti, səhnədə duruşu, mikrofon tutmasına qədər ondan götürmüşəm. Aygün Kazımovanı isə müğənni kimi yamsılaya bilmərəm. Çünki mənim müğənni olmağa nə istəyim, nə də ki həvəsim var. Heç zaman müğənni olmaq istəməmişəm”.

Teleaparıcı Xalq artisti Brilliant Dadaşova ilə danışmadığını etiraf edib:

“Brilliant Dadaşova ilə danışmırıq. Amma aramızda heç bir konflikt olmayıb. Proqramımızda olan rubrikadan sonra Brilliantla aramız dəyib. Müxbirimiz Ruslan mənə “Faiq Ağayev, yoxsa Brilliant Dadaşova ilə yaxın dostsan?” sualını verdi. Cavab olaraq söylədim ki, “O xanımın sənətinə hörmətim var, amma Faiqlə yaxın dostam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir