Bərbərxana və gözəllik salonlarını işlədənlərin DİQQƏTİNƏ – Şərtlər açıqlandı

Bərbərxana və gözəllik salonlarında onlayn növbə qəbul sisteminin tətbiqi təmin olunmalıdır.

İş proseslərindən əvvəl və sonra əllər mütləq yuyulmalıdır. Bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməlidirlər. Xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə olunmalıdır.

Millitribuna.az xəbər verir ki, bu məlumatlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair hazırladığı metodiki vəsaitdə əks olunub.

Bildirilir ki, həmin xidmət sahələrində əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi məcburidir. Kosmetoloji xidmətlər göstərənlərin proses zamanı sipərlik, tibbi maska və əlcəkdən istifadəsi vacibdir. Hər bir müştəri üçün ayrı dəsmallar istifadə olunmalıdır. Qayçı, ülgüc, təraş maşınlarının başlıqları və istifadə edilən digər alətlər mütləq dezinfeksiya edilməlidir. Ülgüc, epilyasiya iynə ucları kimi deşici və kəsici alətlər tibbi tullantı qutusuna atılmalı və tibbi tullantı kimi ləğv edilməlidir. Qayçılar və ülgüc başlıqları yuyulduqdan sonra spirtlə təmizlənməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir