Ağcabədili xeyriyyəçidən aztəminatlı ailələrə – Növbəti dəstək

Ölkəmizdə karantin rejiminin tətbiqindən sonra xeyli sayda xeyriyyəçi həmvətənlərimiz şəxsi vəsaitləri hesabına işsiz və aztəminatlı ailələrə yardım etməyə başlayıb.

Təbii ki, bu cür addımlar mövcud çətin günlərdə həm dövlətin, həm də xalqın yanında olmağa xidmət edir. Bu xeyriyyəçilərdən biri də Ağcabədi rayon sakini Məmmədov Rəfail Hüseyn oğludur. O, karantin müddətində şəxsi vəsaiti hesabına Ağcabədi rayonunda çox sayda ailələrə mütəmadi olaraq, ərzaq yardımları edir və bacardığı qədər aztəminatlı ailələrə dəstək olmağa çalışır.

Bu gündən etibarən isə Rəfail Məmmədov Ağcabədi rayonu Üzeyir Hacıbəyov prospektində yerləşən “EKONOM № 1” mağazasında satılan bütün mallara ciddi endirimlər edərək, alış qiymətinə satış kampaniyasına başlayıb. Bu kampaniya karantin rejimi tamamilə ləğv olunan vaxta qədər davam edəcək. Kampaniyanın əsas məqsədi çətin günlərdə rayon sakinlərinə dəstək olmaq və hər bir aztəminatlı şəxslər üçün bütün malları əlçatan etməkdir.

Bununla yanaşı, ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar ruhuna ithaf olaraq, sosial vəziyyətləri daha çətin olan rayon sakinləri üçün bütün geyimlər pulsuz veriləcək. Karantin müddəti bitənə qədər aztəminatlı ailələrə xeyriyyə məqsədi ilə təmənnasız verilən geyimlər xeyriyyəçi Rəfail Məmmədov tərəfindən həyata keçiriləcək.

Millitribuna.az olaraq, məlum çətin günlərdə aztəminatlı ailələrə dəstək olan hər bir xeyriyyəçi vətəndaşımıza təşəkkür edirik!

Elnur Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir