Metroya daxil olan sərnişinlərin hərarəti yoxlanılır

“Metro stansiyalarına daxil olan sərnişinlərin hərarəti yoxlanılır”. 

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, stansiyaların girişində yoxlamalar zamanı hərarəti olan sərnişinlər metroya buraxılmır:

“Əgər stansiya daxilində hansısa sərnişində yüksək hərarət və digər ağırlaşdırıcı hal aşkarlanarsa, bu barədə dərhal təcili tibbi yardım xidmətinə məlumat verilir.

Həmin sərnişin həkim briqadası gələnə qədər digər sərnişinlərdən təcrid olunur. Daha sonra isə həmin sərnişinin olduğu ərazi dezinfeksiya edilir. Ümumiyyətlə, metrodan istifadə edən sərnişinlərin tam təhlükəsizliyini təmin etmək üçün qaydalara uyğun bütün tədbirlər görülür”.

B.Məmmədov bildirib ki, səhər saat 06:00-dan indiyədək heç bir stansiya daxilində hərarəti olan sərnişin müşahidə edilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir