Sumqayıtda avtobus qəzası – 14 yaralı

Sumqayıtda iki avtobusun iştirakı ilə baş vermiş qəzada 14 nəfər xəsarət alıb.

Millitribuna.az-ın məlumatına görə, şəhərin sülh prospektində baş verən qəzaya səbəb ara məsafəsinin saxlanılmaması olub. Baş vermiş hadisədə 14 nəfər xəsarət alaraq Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, həmin şəxslərdən 12-sinin xəsarətləri yüngül olduğundan ambulator müalicəyə yola salınıblar, 2 nəfər isə stasionar müalicə olunurlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir