”Qarşıma dəyərimi bilməyən, axmaq insanlar çıxdı” – Pərvin Abiyeva

Tanınmış aktrisa Pərvin Abiyeva bu yaşına kimi ailə həyatı qurmamasından danışıb.

Millitribuna.az bildirir ki, aktrisa ”İnstagram”da canlı yayımda olarkən izləyicilərinin suallarını cavablandırıb. Aktrisa hələ də ailə qurmaması barədə bunları deyib:

”Əvvəlcə kariyera arxasınca düşdüm. Çünki, ağlım olmadı ailə həyatı qurmadım. Sonra da qarşıma dəyərimi bilməyən, axmaq insanlar çıxdı. Ən yaxşısı qismət deyib keçmək lazımdır. Qaldı ki, mənə tez-tez qocalmısız sözünü deyənlərə cavabım odur ki, siz də mən yaşadıqlarımı yaşasaydınız mənim kimi qocalardınız. Amma yaşamağınızı arzu etmirəm. Ancaq buna baxmayaraq,  mən çox güclüyəm”,- deyə, o, qeyd edib.(olke.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir