Parlament beynəlxalq protokolu təsdiq etdi

Milli Məclis “GUAM – Demokratiya və İqtisadi inkişaf Naminə Təşkilatın Nizamnaməsində dəyişikliklər edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə məsələyə baxıb.

Millitribuna.az xəbər verir ki, protokol haqda deputatlara parlamentin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov məlumat verib.

Beləliklə, parlament 2019-cu il sentyabrın 26-da Nyu York şəhərində GUAM – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Xarici İşlər Nazirləri Şurasının 34-cü iclasında imzalanmış “GUAM – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Nizamnaməsində dəyişikliklər edilməsi haqqında” Protokolu təsdiq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir