Pandemiya işsizlik səviyyəsinin artmasına ciddi təsir göstərməyəcək

“Pandemiya ölkədə işsizlik səviyyəsinin artmasına ciddi təsir göstərməyəcək”.

Millitribuna.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev “Yeni TV” kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı Dövlət Statistika Komitəsi ilə birlikdə təhlillər aparılır: “Pandemiya dövründə hökumət qarşısında duran əsas məsələ əhalinin məşğulluğunun təmin edilməsidir. Biz qeyri-formal məşğul əhalini əsas hədəf seçmişik. Bu insanlar yalnız qeyri-formal əməkhaqqı alır, bunlar bütün kompensasiyalardan məhrum olmuş şəxslərdir”.(trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir