Facebook və Google evdən işləməyi il sonuna qədər uzatdı

Facebook və Google, yeni növ koronavirus (Kovid-19) pandemiyası ilə əlaqədar olaraq işçilərinin ilin qalan dövründə də evdən işləmələrinə icazə veriblər.

Marja BBC-yə istinadən xəbər verir ki, Google-in İcraçı direktoru Sundar Pichai, vəzifələrini evlərindən yerinə yetirə biləcək personalın il sonuna qədər evdən işləyə biləcəyini açıqlayıb.

Pichai, ofisə dönmək məcburiyyətində olanların da genişlədilmiş təhlükəsizlik tədbirləri çərçivəsində iyuldan etibarən iş yerlərində işə başlayacağını bildirib.

Facebook-dan da, “Bu gün, il sonuna qədər işlərini uzaqdan icra edə biləcəklərin, bunu seçim edə biləcəklərini açıqlayırıq” şərhi verilib.

Daha əvvəl ofislərini 6 İyuldan açacağını açıqlayan Facebook, Kovid-19 epidemiyasında evdən işləmək və uşaq baxımı xərcləri üçün işçilərinə 1000 dollar hədiyyə vermişdi.

Google da evdən iş tətbiqini 1 İyuna qədər davam etdirəcəyini açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir