Bakıda dörd nəfər dərmandan zəhərlənib

“Son 10 gün ərzində dörd nəfər dərman zəhərlənməsi ilə bağlı müraciət edib”.

Bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib.

O bildirib ki, son 10 gün ərzində metil spirtindən zəhərlənmə ilə bağlı xəstəxanaya müraciət daxil olmayıb:

“Son 10 gün ərzində xəstəxananın Toksikologiya şöbəsinə sirkə turşusu ilə zəhərlənən iki nəfər, müxtəlif dərman zəhərlənmələri ilə dörd nəfər, dəm qazından zəhərlənmə ilə isə iki nəfər müraciət edib. Onların müalicəsi xəstəxanada davam etdirilir. Bundan başqa, İmişli rayonundan bir nəfər ilan sancması ilə müraciət edib. Müraciətlər arasında ölüm faktı qeydə alınmayıb”.

A.Maqsudov onu da əlavə edib ki, dəm qazından zəhərlənmə şübhəsi ilə müraciət edən iki azyaşlıya isə ilkin yardım göstərildikdən sonra evə buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir