Xalq artisti: “Belə getsə, yayı görməyəcəyik”

“Vəziyyət ona doğru gedir ki, qaydalar sərtləşdiriləcək”.

Yenicag.az xəbər verir ki, xanəndə Mənsum İbrahimov marketlərdə sosial məsafəyə və gigiyenik tələblərə əməl olunmadığını təəssüf hissi ilə bildirib:

“Marketə getmişdim, məndən başqa maska taxan yox idi. Hətta mənim maska taxmağıma təəccüblənirdilər. Sosial məsafə gözlənilmir, insanlarda bu qədər arxayınlaşma var. Başa düşürəm hava gözəldi, yazdı, amma biz qaydalara əməl etməliyik ki, bu virus tez qurtarsın, normal həyatımıza qayıdaq, havaya çıxaq. Amma belə getsə, yayı görməyəcəyik, çünki yoluxmanın sayı ikiqat artıb. Vəziyyət ona doğru gedir ki, qaydalar sərtləşdiriləcək.

Ayyarımdır ki, yaşı 65-dən yuxarı olan insanlar evdən bayıra çıxa bilmir. Biz qaydalara əməl edək ki, onların da halına yanaq, çıxmasına şərait yaradaq. Onların hava almağa daha çox ehtiyacları var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir