UEFA Çempionlar Liqasının yeni təqvimini hazırlayıb

UEFA Çempionlar Liqasında mövsümün yeni təqvimini hazırlamağa başlayıb.

Fanat.Az “RMC Sport”a istinadən xəbər verir ki, çərşənbə günü UEFA nümayəndələri və klub prezidentləri arasında videokonfrans keçirilib. İclas zamanı ÇL-in yeni təqvimi müzakirə olunub.

1/8 final mərhələsinin “Lion” və “Yuventus” arasında oynanılmalı olan cavab görüşünün avqustun 8-də keçirilməsi planlaşdırılır. İlk oyun Fransa klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Mənbənin iddiasına görə, Çempionlar Liqasının final matçı avqustun 29-na təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir