Gürcüstan Ukraynaya təşəkkür etdi

Gürcüstan Parlamentinin vitse-spikeri Mamuka Mdinaradze Mixail Saakaşvilinin Ukrayna Baş Nazirinin müavini vəzifəsinə namizədliyinə baxılmamasına görə Ukrayna deputatlarına təşəkkür edib.

Bu barədə M.Mdinaradze dünən keçirilən brifinq zamanı açıqlama verib: “Mən Ali Radaya və həmkarlarımıza ehtiyatlılıq göstərdiklərinə və mövqeyimizi bölüşdüklərinə görə təşəkkür edirəm. Fakt budur ki, Ali Radada Saakaşvilinin sözügedən vəzifəyə namizədliyinə baxılmadı”.

Onun sözlərinə görə, Saakaşvilinin namizədliyinin təsdiqlənməməsinin əsas səbəblərindən biri də Gürcüstan tərəfinin Ukrayna hakimiyyətinə mürəciəti olub.

“Qafqazinfo” xatırladır ki, bir müddət əvvəl M. Saakaşvili Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən ona təklif olunan Baş Nazirin islahatlar üzrə birinci müavini vəzifəsini qəbul etdiyini açıqlamışdı. Gürcüstan isə öz növbəsində eks-prezidentin Ukrayna hökumətində vəzifəyə keçəcəyi təqdirdə Kiyevdəki səfirini geri çağıracağını bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir