TƏBİB koronavirusdan sağalanlara müraciət etdi

TƏBİB koronavirusdan sağalan vətəndaşlara müraciət edib.

Millitribuna.az xəbər verir ki, qurum artıq ölkədə ağır koronavirus xəstələrinin immun plazma müalicəsinə başlanıldığını bildirib. Bu məqsədlə, COVID-19 xəstəliyindən sağalan vətəndaşları qan plazması donoru olaraq, digər xəstələrə yardım etməyə çağırıb.

Donor olmaq istəyən vətəndaşlar Mərkəzi Qan Bankına yaxınlaşa bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir