Saakaşvili Gürcüstana xeyir verməyəcək – Çikovani

“Mixail Saakaşvili keçmişin siyasətçisidir və o, nə Gürcüstan, nə də Ukraynaya xeyir gətirəcək”.

Millitribuna.az xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müşaviri İrakli Çikovani deyib.

“Saakaşvilinin dövlətin idarəetməsi prosesində iştirakının nəzərdən keçirilməsi təəssüf doğurur. Biz hadisələrin inkişafını gözləyəcəyik və lazımi reaksiyanı verəcəyik”, – deyə o bildirib.

Qeyd edək ki, Mixail Saakaşviliyə Ukrayna Prezidenti Zelenskinin vəzifə təklif etməsi Gürcüstan hakimiyyətinin kəskin etirazına səbəb olub. Hətta Gürcüstan buna görə ikitərəfli diplomatik-siyasi əlaqələrə xələl gələcəyi barədə Ukraynaya xəbərdarlıq da edib.(axar.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir