Rəqsanənin köməkçisi koronavirusdan öldü

Müğənni Rəqsanə İsmayılovanın köməkçisi koronavirusdan dünyasını dəyişib.

Axşam.az xəbər verir ki, bu haqda prodüser Tarix Əliyev (Tolik) məlumat verib. O bildirib ki, qadın bir neçə gündür müalicə alsa da, sağalmayıb.

R.İsmayılova da məsələyə münasibət bildirib. İfaçı xanımın onların restoranında çalışdığını söyləyib:

“Söz tapmıram, 47 yaşında cavan gəlin… 10 yaşında körpə uşağı var. Adı Mehbarə idi. 20 gündür işə gəlmirdi. Sürücünü göndərdim gətirdi. Halsız idi, dedi ağrıyıram. Gedib xəstəxanaya, müalicə ediblər, 3 gün qalıb. Sonra nə qədər zəng etdik telefona cavab vermədi. Bir nəfər gəlib dedi ki, restorandakı işçiniz rəhmətə gedib. Burada heç kimi yoxdur, ailəsinə xəbər verdim. İndi cənazəni Azərbaycana göndərməliyəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir