Gəncədə mikroavtobus qəza törətdi: 1 ölü

Gəncə şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

Millitribuna.az  trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin E.Həsənov küçəsində qeydə alınıb. Gəncə şəhərində yaşayan,1987-ci il təvəllüdlü Məmmədov Füzuli Vidadi oğlu idarə etdiyi “Mercedes-Sprinter” markalı mikroavtobusla həmin küçədə dönmə hərəkəti edərkən, avtomobilin arxa hissəsi ilə yolun kənarında dayanan 1954-cü il təvəllüdlü Kazımov Faiq Kazım oğlunu vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir