“Elə yazıqlar bir ay efirə çıxmasalar unudulacaqlar” – Gülüstan Əliyeva

“Əvvəl kimsə haqqımda nəsə deyəndə, mənə söz atanda əsəbiləşirdim, indi boş verirəm. Reaksiya vermək qarşı tərəfə şərəf olur. Özünü önəmsəyir”.

Millitribuna.az axşam.az-a xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva “Show news” verilişinə açıqlamasında deyib. Müğənni qalmaqallardan bəhs edib. O bildirib ki, indi tanınmış ifaçıya söz atıb, gündəmə gəlmək dəb alıb:

“Daha çox tanınmışlara söz atıb gündəmə gəlmək istəyirlər. Mənimlə də qalmaqal etmək istəyənlər çox olub, ad çəkmək istəmirəm. Reklam olar onlar üçün. Sözü deyirsən, sahibi özü götürür. Üzə vurmasa da, içində fikirləşir ki, sözün sahibi mənəm. Məni zəif bilsəydilər, adımdan istifadə etməzdilər. İndi “antireklam” da bir reklam olub.

Yanında cangüdənlərlə gəzən “müğənnicikləri” indi sayan yoxdur. Ona görə də indi sənətinlə yadda qalmalı, sevilməlisən. Sənətə indi maşını, cangüdəni ilə gəlirlər və gündəm olduqlarını düşünürlər. Yazıqlarda belə düşüncə formalaşıb. Sənətin olmasa, heç kimə maraqlı deyilsən. Elə yazıq müğənnilər bir ay efirə çıxmasalar bilirlər ki, unudulacaqlar. Dişim ağrıyır, anam öldü, xəstəyəm kimi hallarla sənətdə alver eləmək olmaz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir