Dünyanın ən xoşbəxt ölkələrinin reytinqi açıqlanıb

“Sustainable Development Solutions Network” adlı hesabat çərçivəsində müxtəlif ölkələrin əhalisinin xoşbəxtlik səviyyəsini qiymətləndirən illik “World Happiness Report” reytinqi dərc olunub.

Millitribuna.az xəbər verir ki, qiymətləndirmə zamanı ölkədə əhalinin rifah halını göstərən altı fərqli meyardan, xüsusən adambaşına düşən ÜDM, gözlənilən ömür uzunluğu, sosial dəstək, azadlıq səviyyəsi, korrupsiya və səxavət səviyyəsindən istifadə edilib.

Ümumilikdə reytinqə dünyanın 156 ölkəsi daxil olub. /Apa/

Ən xoşbəxt ölkələrin reytinqi:

# Ölkə İndeks
1 Finlandiya 7,809
2 Danimarka 7,646
3 İsveçrə 7,560
4 İslandiya 7,504
5 Norveç 7,488
6 Niderland 7,449
7 İsveç 7,535
8 Yeni Zelandiya 7,300
9 Avstriya 7,294
10 Lüksemburq 7,238

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir