“Brent” nefti bahalaşdı

“Brent” markalı neftin bahalaşması sürətlə davam edir.

Millitribuna.az xəbər verir ki, Bakı vaxtı ilə saat 18:17-də “Brent” markalı neftin bir bareli üçün iyul fyuçerslərinin qiyməti 11,43% artaraq 30,31 ABŞ dollarına bərabər olub.

Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin iyun fyuçerslərinin bir barelinin qiyməti 17,66% artaraq 23,99 ABŞ dolları olub.

Qeyd edək ki, sonuncu dəfə “Brent” neftinin qiymətinin 30 dollardan çox olması cari ilin aprelin 15-də qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir