Bakıda 10 yaşlı qız intihar etdi

Bakının Sabunçu rayonunda 10 yaşlı qız intihar edib.

Millitribuna.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, faciə mayın 5-i saat 15:30 radələrində baş verib.

Zabrat qəsəbəsində yaşayan Dilbər Kazımova (2010-cu il təvəllüdlü) örpək vasitəsi il mənzilindəki şkafın qapısından özünü asıb.

İntihar zamanı azyaşlının anası evdə olub. Lakin D.Kazımovanın intiharı həyata keçirdiyi otağın qapısını kilidləməsi hadisənin qarşısını almağa mane olub.

Hüquq-mühafizə orqanlarından verilən məlumatda bildirilir ki, Kazımovlar ailəsində üç uşaq olub: iki qız, bir oğlan. Qohumlarının bildirdiyinə görə, Dilbərin psixoloji problemləri olub.

Faktla bağlı cinayət işi açılıb. Rayon prokurorluğunda cinayət işi ilə bağlı istintaq aparılır.(oxu.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir