Bakı-Sumqayıt istiqamətində xəttə əlavə qatarlar buraxılacaq

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) qurumun sədri Cavid Qurbanovun rəhbərliyi ilə videokonfrans şəklində kollegiya iclası olub.

Millitribuna.az xəbər verir ki,  iclasda qlobal pandemiya şəraitində insanların sağlamlığının qorunması, COVİD-19 qlobal pandemiyasının Azərbaycan iqtisadiyyatına mənfi təsirinin, habelə sosial-iqtisadi sahəyə ciddi fəsadlarının qarşısının alınması məqsədilə atılan vacib addımlardan danışılıb.

Məlumata görə, iclasda pandemiya dövründə ADY-nin müxtəlif strukturlarının fəaliyyətinə dair hesabatlar dinlənilib. Bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, mayın 4-dən xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar Bakı-Xırdalan-Sumqayıt istiqamətində sərnişin sıxlığı müşahidə olunur. Sərnişin tələbatının artdığını nəzərə alaraq, həmin marşrut üzrə əlavə qatarların xəttə buraxılmasına qərar verilib.

İclasda ilin sonunadək icrası nəzərdə tutulan vacib məsələlər müzakirə olunub, konkret tədbirlər müəyyənləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir