Aşağı reytinqli tennisçilərə maliyyə yardımı ediləcək

ATP, WTA, ITF və “Böyük dəbilqə” turnirləri aşağı reytinqli tennisçilərə maddi dəstək olmaq üçün birlikdə 6 milyon dollardan çox pul toplayıblar.
 
Fanat.Az ATP-nin rəsmi saytına istinadən xəbər verir ki, bu məbləğ yardım proqramı çərçivəsində müəyyən edilmiş qaydalar əsasında seçiləcək 800 oyunçuya çatacaq. Turlar vəsaitin paylanmasına nəzarət edəcək.
Proqramda iştirak edəcək oyunçular seçilərkən onların reytinqi və əvvəlki mükafat gəlirləri nəzərə alınacaq. 6 milyon dolların ilkin məbləğ olduğu qeyd edilir. Təşkilatçılar ianələr, auksionlar və başqa vasitələrlə daha çox pul toplayacaqlarına ümid edirlər.
Qeyd edək ki, iyuna ayına kimi nəzərdə tutulmuş bütün tennis turnirləri koronavirus pandemiyası səbəbindən ləğv olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir