Vahid Əhmədov: “Məhkəmə-hüquq sistemində aparılan islahatlar bizi qane edə bilməz”

Milli Məclisin deputat Vahid Əhmədov hazırda davam edən plenar iclasda çıxış edərkən məhkəmə sistemindəki çatışmazlıqlara diqqət çəkdi və təndiqi fikirlərini səsləndirdi.

“Məhkəmə-hüquq sistemində aparılan islahatlar bu gün bizi qane edə bilməz”-deyə, V.Əhmədov bildirdi.

Deputat dedi ki, ölkə Prezidenti bir müddət öncə hakimlərin əmək haqqının qaldırılmalı ilə bağlı qərar verib: “Hazırda Ali Məhkəmə sədrinin əmək haqqı Milli Məclis sədrinin əmək haqqı səviyyəsindədir. Amma buna baxmayaraq, biz deputatlara gələn şikayətlərin sayı minlərlə yox, on minlərlədir”.

V.Əhmədov qeyd etdi ki, korrupsiya, rüşvətə qarşı mübarizədə aparılan işlər məhkəmə sisteminin çıxardığı qərarlardan çox şey asılıdır: “Amma bu sahədə çox böyük haqzıslıqlar var. Əgər biz dorğudan da istəyiriksə ki, cənab Prezidentin qarşıya qoyduğu vəzifələr həyata keçirilsin, məhkəmə sistemi tamamilə dəyişdirilməlidir. Hansısa bir məmurun, icra başçısının göstərişinə uyğun olaraq qərarlar çıxarılmamalıdır. Elə hakimlər var ki, doğrudan da təcrübəli insanlardır, mən təqdim olunan bəzi namizədləri də tanıyıram. Amma ümumi məhkəmə sistemi ilə bağlı bunu deyə bilmərəm. Təqdim olunan namizədlərə səs verəcəyəm. Amma hakimlərdən xahişim ondan ibarətdir ki, qərar qəbul edəndə vicdanla qəbuil etsinlər. Bir daha deyirəm, cənab Prezidentin qarşıya qoyduğu vəzuifələr bir günlük, iki günlük məsələ deyil. Xahiş ediərm hakimlər də bizim tövsiyələrimizi nəzərə alsınlar”.(musavat.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir