Səməd Seyidov yeni hakim təyinatlarını dəstəklədi

“Namizədlərin arasında beynəlxalq təcrübəyə malik olan insanlar əksəriyyət təşkil edir”.

Millitribuna.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələnin müzakirəsi zamanı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Komitə sədri bildirib ki, bugünkü yanaşma dövlətin beynəlxalq səviyyədə müdafiəsinə əsaslanır:

“Bu gün təqdim edilən namizədlər sırasında Avropa Məhkəməsində Azərbaycanın xeyrinə qərar qəbul edilməsində yüksək rolu olan insanlar var. Məsələn, Çingiz Əsgərov Çıraqov işinin müəlliflərindən biridir, bu işdə onun əməyini dəfələrlə burda da qeyd etmişik”.(azvision.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir