Narkotik əkən Zərdab sakini saxlanılıb

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Çallı kənd sakini əvvəllər məhkum olunmuş Mətləb Əhmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, ona məxsus evin bağ sahəsinə baxış zamanı çəkisi 2 kiloqram 325 qram oan 7 ədəd narkotik tərkibli, əkilib-becərilməsi qadağan olunmuş xaş-xaş kolu aşkar edilib. Mətləb Əhmədov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 237.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddəsi ilə cinayət işi başlanılıb istintaq tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir