İspaniya Kubokunun finalına azarkeşlər buraxılacaq

“Atletik” və “Real Sosyedad”ın rəhbər şəxsləri İspaniya Kubokunun finalının azarkeşlərin iştirakı ilə keçirilməsinə dair razılığa gəliblər.

Fanat.Az xəbər verir ki, klub nümayəndələri bu barədə İspaniya Futbol Federasiyasına sorğu göndəriblər. Federasiya təklifi qəbul edib.

İFF-in rəsmi açıqlamasında qeyd olunub:

“İspaniya Futbol Federasiyası “Atletik” və “Real Sosyedad”ın final matçını azarkeşlərin iştirakı ilə oynamaq istəyini bölüşür. İspaniya Kuboku dərin kökləri olan turnirdi. Bu turnir azarkeşlərin olduğu finala layiqdi. Komanda rəhbərlərinə qərarlarına görə təşəkkürümüzü bildiririk.

Qarşılaşmanın 2020 və ya 2021-ci ildə oynanılması və rəsmi status daşıması üçün bütün lazımi tədbirləri görəcəyik. Həlledici görüşün 2020-21 mövsümü üzrə İspaniya Kubokunun finalına qədər mütləq keçiriləcəyini deyə bilərik”.

“Real Sosyedad” və “Atletik” arasındakı final matçı aprelin 18-də oynanılmalı idi. Oyun koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir