Bakıda altı yaşlı uşaq hovuzda boğulub

Bakının Xəzər rayonunda altı yaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Millitribuna.az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Mayın 4-də saat 14:50 radələrində Mərdəkan qəsəbəsində yerləşən fərdi evin hovuzunda Mahmud Əliyev (2014-cü il təvəllüdlü) boğulub.

Faktla bağlı Xəzər rayon prokurorluğunda istintaq aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir