Bakı Apelyasiya Məhkəməsinə namizədliyi irəli sürülən hakimlər təsdiqləndi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirə olunub.

Millitribuna.az xəbər verir ki, iclasda Ali Məhkəmənin hakimləri Vəfaddin İbayev, Akif İsgəndərov, Əli Seyfəliyev, Qürbət Əsgərovun vəzifələri dəyişdirilərək Bakı Apelyasiya Məhkəməsinin hakimləri təyin edilməsi haqqında məsələyə baxılıb.

Bundan əlavə, iclasda Yasamal rayon Məhkəməsinin hakimi Ramin Qurbanov, Sabunçu rayon Məhkəməsinin hakimi Ziya Şirinov, Səbail rayon Məhkəməsinin hakimi Anar Tanrıverdiyev, Yasamal rayon Məhkəməsinin hakimi Emin Mehdiyev və Nizami rayon Məhkəməsinin hakimi Rəşad Həsənovun Bakı Apelyasiya Məhkəməsinin hakimləri təyin edilməsi məsələsi müzakirə edilib.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib/Report.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir