Azərbaycan daha bir konvensiyaya qoşuldu

Milli Məclis “Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyanın təsdiq edilməsi haqqında qanun layihəsini müzakirəyə çıxarılıb.

Millitirbuna.az xəbər verir ki, konvensiyanın təsdiq edilməsi Azərbaycanın müvafiq bəyanatı ilə təsdiq edilib.

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva konvesiyanın 47 ölkə tərəfindən ratifikasiya edildiyini bildirib. O, Azərbaycanın konvensiyaya xüsusi bəyanatla qoşulduğunu xatırladıb: “Bəyanatda Azərbaycanın işğal edilən ərazilərində konvensiyanın tətbiq edilməyəcəyi bildirilib. Konvensiyanın təsdiq edilməsi Azərbaycanın təbliğ edilməsi imkanlarını genişləndiriləcək, YUNESKO-Azərbaycan əlaqələrini inkiaşf etdirəcək”.

Sonda Milli Məclis YUNESKO-nun 1958-ci il 3 dekabr tarixli “Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyası Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə təsdiq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir