Avropanın bəzi şəhərlərinə uçuşlar bərpa olunur

Niderlandın “KLM” aviaşirkəti Avropanın bəzi şəhərlərinə uçuşları qismən bərpa edir.

Azvision.az xəbər verir ki, bu barədə “The Guardian” yazıb.

Məlumata görə, aviaşirkət Amsterdamdan Barselona, Madrid, Roma, Milan, Budapeşt, Praqa, Varşava və Helsinkiyə uçuşlar həyata keçirəcək.

Sərnişinlərdən maska taxmaq tələb olunur. Təyyarəyə girişdə sərnişinlər yoxlanılacaq, əgər maska, yaxud şarf olmasa, hava yolu şirkəti onlara maska verəcəkdir. Əgər maska qurtararsa, o zaman sərnişinin uçmasına icazə verilməyəcək.

Bu tədbir avqustun sonuna qədər qüvvədə olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir