Əli Məsimlidən kəndlilərlə bağlı mühüm təklif

Milli Məclisin plenar iclasında “Sosial sığorta haqqında” qanun layihəsi müzakirə olunub.

Musavat.com xəbər verir ki, deputat Əli Məsimli çıxış edərək torpaq sahəsi olan kəndlilərə sosial sığortanın tətbiq olunmasını düzgün saymadı.

Dedi ki, 1 hektarlıq dəmyə torpaqda əkin əkən kəndli oraya 400 manatdan çox xərc çəkir. Amma həmin sahədən çox kiçik məbləğdə gəlir əldə edir: “Deməli, kəndli hər hektardan 10 manat aylıq gəlir götürəcək, amma 20 manat vergi verəcək. Bəzən torpaqlar yaşayış yerindən 25-30 km məsafədə yerləşir ki, bu da əlavə xərcdir. Təklif edirik ki, 5 hektara qədər torpağı olan kəndlilərdən nəinki icbari sığorta alınsın, hətta onlar ayda 10 manat qazandıqlarına görə işsiz kimi qeydiyyata alınsın. Bəzən torpaq sahəsini 300-400 kq taxıla icarəyə verirlər. Belə şəxslər ümumiyyətlə, məşğul əhali siyahısından çıxarılmalı, onlara ünvanlı sosial yardım verilməlidir. Kəndlilərin böyük əksəriyyətinin 10 hekdaradək torpağı yoxdur. Bu kəndlilərin torpaqdan əldə etdiyi gəlir heç onların icbari sosial sığortasını ödəmək üçün də kifayət etmir”.

Komitə sədri Musa Quliyev bu məsələyə həssas yanaşdı. Lakin qeyd etdi ki, məsələ qanunverici subyektlə müzakirə olunandan sonra payız sessiyasında yenidən müzakirə edilə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir