Rusiyada koronavirusa yoluxanların sayı 145 000-i ötdü

Rusiyada son bir gündə 10 581 nəfərə koronavirus diaqnozu qoyulub.

Millitribuna.az report.az-a istinadən xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 145 268 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 76 nəfər artaraq 1 356-ya yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 18 095 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 5 795.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 568 000-i ötüb. Bunların 157 275nəfəri sağalıb, 248346nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir