Qazaxıstan parlamentinə yeni sədr təyin edildi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Maulen Aşimbayevin ölkə parlamentinin Senatına yeni sədr təyin edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.

M.Aşimbayev buna qədər Qazaxıstan Prezident Administrasiyası rəhbərinin birinci müavini vəzifəsini icra edirdi.

Xatırladaq ki, mayın 2-də ölkə Prezidenti Kasım-Jomart Tokayev Dariqa Nazarbayevanın səlahiyyətlərinə xitam verilməsi ilə bağlı fərman imzalayıb.

Qeyd edək ki, D.Nazarbayeva 2019-cu ilin martında dövlət başçısı səlahiyyətlərini təhvil verən Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin böyük qızıdır. 2016-cı ilin sentyabr ayından parlament Senatının deputatıdır və 2019-cu ilin mart ayında yuxarı palatanın sədri seçilib. 2019-cu ilin avqustunda K.-J.Tokayev səlahiyyət müddətinin başa çatması ilə əlaqədar D.Nazarbayevanı senat deputat olaraq yenidən təyin edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir