Mayda 190 manat necə veriləcək? – Açıqlama

“Prosesin gedişatına uyğun olaraq, mayın 10-dan sonra birdəfəlik ödəmələrin (190 manat) ikinci ayının ödənişlərinin həyata keçirilməsi gözlənilir”.

Millitribuna.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov “Qafqazinfo”ya açıqlamasında deyib.

O bildirib ki, birinci ayın ödənişlərini almış şəxslərin adına bank hesabı açılaraq 190 manatlıq məbləğ bank kartlarına köçürüləcək:

“Artıq nazirlik tərəfindən banklara həmin vətəndaşlar üçün hesabların açılmasına dair sifariş olunub. Bu, vətəndaşlardan ödəniş tələb olunmadan həyata keçiriləcək. Banklar vətəndaşlar üçün bank hesabları açıb kartı əldə etdikdən sonra hər bir vətəndaşa məlumat göndərəcək və onları müvafiq bank filialına dəvət edəcək. Vətəndaş bank kartını götürəcək və o karta ikinci ayın ödənişi ediləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir