Marsda yeni həyat əlaməti tapıldı

Alimlər 1984-cü ildə Antarktidada tapılan “Allan Hills 84001” Mars meteoritində antik azot tərkibli üzvi molekullar tapıblar.

Bu o deməkdir ki, planetdə üzvi maddələr mövcud olub.

Millitribuna.az xəbər verir ki, indiyə qədər Mars meteoritlərində azot birləşmələri aşkar etmək texniki çətinliklər səbəbindən mümkün olmurdu. Bundan başqa, meteoritlər yer mənşəli üzvi maddələrlə çirkləndiyi üçün eksperimentin aparılmasında çətinlik yaranırdı.

Lakin JAXA Kosmik və Astronavtika İnstitutundan Mizuho Koike və həmkarları meteoritdə azot tərkibli birləşmələrin tapılmasına imkan verən yeni analiz metodu hazırlayıblar.

“Allan Hills 84001” meteoritində təxminən 3,9-4,04 milyard il əvvəl yerüstü Mars sularından çökmüş karbonat minerallarının narıncı tərkibli birləşmələri aşkarlanıb. (report.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir