Daha bir dünya çempionatı 2022-ci ilə təxirə salındı

Yaponiyanın Fukuako şəhərində 2021-ci ildə keçirilməsi planlaşdırılan su idmanı üzrə dünya çempionatı təxirə salınıb.

“Report” Beynəlxalq Üzgüçülük Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, mundial 2022-ci ildə olacaq.

Yarış 13 – 29 mayda baş tutacaq.

Dünya çempionatının vaxtının dəyişdirilməsi Tokio Yay Olimpiya Oyunlarının 2021-ci ilə təxirə salınması ilə bağlıdır.

Qeyd edək ki, bu il 24 iyul – 9 avqustda keçirilməsi nəzərdə tutulan Tokio olimpiadası pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Gələn yay iyulun 23-də start götürəcək yarış avqustun 8-dək davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir