Bu küçədə hərəkət məhdudlaşdırıldı

Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq 4 may tarixində səhər saatlarından etibarən Müzəffər Həsənov küçəsinin “20 Yanvar dairəsi” ilə kəsişməsindən Mirzə Abbas Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA ) verilən məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Yarana biləcək müvəqqəti çətinliyə görə AAYDA vətəndaşlardan üzr istəyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir